Qaynaq STUDIO ’26 / BAKU
S.09 · Loqo dizayn

Loqo dizaynı — brendinizin ilk və ən çox təkrarlanan vizual sözü

Müddət
2–3 həftə
01

Nə alırsınız

  1. 01

    Loqo paketi (SVG, PDF, PNG, ICO)

    Hər format kontekstə uyğun ölçüdə: favicon, sosial media avatarı, vizit kart, billboard. Mənbə fayl Figma-da, sizinlə paylaşılır. Bu, sadəcə bir SVG faylı təhvil verib getmək deyil.

  2. 02

    Loqo variantları (horizontal, vertikal, monoqram, mono-rəng)

    Loqo hər səthdə eyni şəkildə işləmir. Instagram-da kvadrat, billboard-da uzun, qara-ağ qəzetdə monoxrom. Loqo hazırlamaq bu variantları əvvəlcədən sistemləşdirmək deməkdir.

  3. 03

    İstifadə qaydaları (PDF, 10–15 səh)

    Minimum ölçü, təmiz sahə, yanlış istifadə nümunələri, rəng arxa fonlarda davranış. Komandanız və ya çap evi sizin loqonu yanlış işlədəndə "bu qaydada" deməyə hazır sənəd.

  4. 04

    Vizit kart və imza şablonları

    Loqo paketinə daxil: Figma-da iki vizit kart variantı, Gmail/Outlook email imzası HTML, AZ + EN. Bu adətən loqo dizayn qiyməti müzakirəsində unudulur — biz bazada veririk.

  5. 05

    60 dəq təhvil sessiyası

    Loqo sifariş tək fayl atmaq deyil. Canlı sessiyada hər qərarın arxasındakı niyə izah olunur, suallar cavablanır. Video yazılır, gələcəkdə komandaya verilir.

02

Necə yanaşırıq

1. Mövqe söhbəti

Birinci həftə: sahibkar/komanda ilə 60–90 dəq söhbət, rəqib auditi, mövcud materiallarınız. Bu mərhələdə heç bir loqo çıxarmırıq — yalnız yazılı brif təsdiqlənir.

2. Variant kəşfi

İkinci həftənin əvvəli: AI alətləri ilə 20–30 yön çıxarırıq, Elvin üçünü seçir, qalanı öldürür. Müştəri bu mərhələdə üç ciddi variant görür — 20 səhv variantı yox.

3. Seçilmiş variantın incələnməsi

İkinci həftənin sonu: bir yön seçilir, monoqram, variantlar, ölçü davranışı düzəldilir. Burada artıq fundamental dizayn dəyişikliyi yox, optikal düzəlişlər var.

4. Sistemləşdirmə və təhvil

Üçüncü həftə: bütün formatlar, qaydalar PDF-i, vizit kart, imza şablonları hazırlanır. Final təhvil canlı sessiya ilə bağlanır.

03

Bu xidmətdən nə vaxt yararlanmayın

  • Bir-iki günə loqo lazımdır — bu, 2–3 həftəlik iş, Fiverr-də 50 AZN-ə hazır loqo axtarırsınızsa, oraya gedin.
  • Hələ şirkət adı dəqiqləşməyib və naming üzərində qərar yoxdur — əvvəlcə brand identity və naming işi görülməlidir.
  • CEO-nun qardaşı oğlu çəkəcək, sadəcə fayl formatına salınması lazımdır — biz dizayn xidmətiyik, fayl çevirmə bürosu deyil.
  • Loqo dizayn qiyməti üçün rəqabətli təklif yığırsınız — biz tender prosesində iştirak etmirik, birbaşa söhbətlə işləyirik.
05

Tez-tez verilən suallar

Logo dizayn qiyməti Bakıda nə qədərdir?

Bakıda ciddi loqo dizaynı 1 200–4 500 AZN aralığındadır. Fiverr-də 50 AZN-ə "loqo" tapmaq olar, lakin orada nə brend rəhbəri olur, nə də variant sistemi. Bizim loqo paketi yalnız fayl deyil — istifadə qaydaları, vizit kart, email imzası daxil.

Loqo sifariş etmək neçə həftə çəkir?

Bizdə 2–3 həftə. Birinci həftə mövqe söhbəti və brif, ikincisi variant kəşfi, üçüncüsü sistemləşdirmə və təhvil. Bir həftəyə loqo vəd verən studiolar adətən şablon üzərindən işləyir — bu, sizin biznes üçün doğru yanaşma deyil.

Loqo dizayn bakı bazarında neçə variant göstərilməlidir?

Bizdə üç. 10–20 variant göstərmək "seçim azadlığı" deyil — bu, dizayn studiyasının öz seçimini etməməsi, yükü müştəriyə atması deməkdir. Biz 20–30 variant daxili çıxarırıq, qalan yalnız üç ciddi yön müştəriyə verilir.

Loqo hazırlamaq üçün hansı fayl formatları lazımdır?

Minimum: SVG (vektor, hər ölçüdə işləyir), PDF (çap üçün), PNG (rəqəmsal istifadə, şəffaf arxa fon), ICO (favicon). Mənbə fayl Figma-da olmalıdır ki, sonradan dəyişiklik edə biləsiniz. Yalnız JPEG verən studiya kompromisli yanaşır.

Loqo dəyişikliyi sonradan ola bilərmi?

Bəli, lakin əgər sistem yaxşı qurulubsa, loqo 5–10 il dəyişməməlidir. Pasha Bank, Bravo, Bazarstore kimi şirkətlər loqolarını onilliklərlə saxlayır — çünki bünövrə düzgün qurulub. Tez-tez dəyişən loqo brend tanınmasını sıfırlayır.

Brend Phase 0-dır. Ondan sonra sayt, məhsul, məhsul dizaynı sıralanır. Birlikdə başlamağa hazırsınızsa, qısa təsvir göndərin.

salam@qaynaq.com