Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW003

Makromedicine.com · Tibb · Miqrasiya

CodeIgniter köhnə kodu yenidən qurduq, biznes prosesləri təkmilləşdirdik

Köhnə CodeIgniter sistemi pis sənədləşdirilmiş, qırılmış funksiyalarla işləyirdi. Tam Laravel-ə miqrasiya etdik, müştərinin istəyinə uyğun yeni modullar yazdıq, işləməyən axınları düzəltdik, biznes proseslərini sıfırdan formalaşdırdıq.

Müddət
Çoxmərhələli
Komanda
Elvin Şərifov + backend kontraktoru
Xidmətlər
Mühəndislik · Sistem dizaynı · Biznes proses analizi
Status
Canlı
CI → Laravel Stack miqrasiyası
Yeni Modul ailəsi
0 Qırılmış funksiya
Yenidən Biznes axını

Başlanğıc nöqtəsi

Makromedicine yıllar boyu CodeIgniter üzərində qurulmuş, çoxlu əllər keçmiş bir sistem idi. Sənədləşmə zəif, kod dağınıq, bir sıra funksiyalar formal olaraq mövcud idi ancaq əslində işləmirdi — istifadəçi onlara klikləyirdi, heç nə olmurdu. Bir funksiya digərini cağırmadığı üçün biznes axını yarımçıq qalırdı.

Sahə tibbi olduğu üçün data həssaslığı yüksəkdir: pasient yazıları, müraciət arxivləri, ödəniş tarixçəsi. Hər addım həm texniki, həm də compliance baxımından nəzərdən keçirilməli idi.

Qərarlar

  1. Tam Laravel-ə miqrasiya, daha yamayıb-tikməyə davam etmək yox. Köhnə CodeIgniter kodu hər ay daha bahalı olurdu.
  2. Biznes axınını sıfırdan diaqram etdik — istifadəçi giriş, müraciət yaratma, ödəniş, hesabat. Hər addım kim qərar verir, kim icra edir — açıq yazıldı.
  3. Qırılmış funksiyalar bir-bir audit olundu — bəziləri sadəcə legacy idi və silindi, bəziləri düzəldildi, bəziləri yeni axına inteqrasiya olundu.
  4. Yeni modullar müştəri istəyinə uyğun — hesabat, eksport, daxili admin paneli, audit log.

İcra

Stack: Laravel 11, Postgres, queue ilə backend job-lar (raport generasiyası, mail göndərmə). Frontend Blade + Alpine.js — admin panel üçün React lazım deyildi. Authentication və role-based access control sıfırdan quruldu.

“Bu layihədə ən maraqlı tərəf texnoloji miqrasiya yox, biznes axınının yenidən tərtibatı idi. CodeIgniter sadəcə bəhanə idi — əsl iş prosesləri açıq qurmaq idi.”

Miqrasiya boyu qırılmış funksiyalar bir-bir izah edildi və ya silindi. Müştəri ilə həftəlik sinxron — hansı funksiya qalır, hansı dəyişir, hansı silinir.

Nəticə

  • Tam Laravel stack-i — yeni funksionallıq artıq çətin deyil.
  • Sıfırdan formalaşdırılmış biznes axını — hər addımın məsuliyyət sahibi açıqdır.
  • Qırılmış funksiyalar düzəldildi və ya silindi — istifadəçi artıq “işləməyən düymə”yə rast gəlmir.
  • Audit log və daxili admin paneli müştəri komandasına ötürüldü.

Buna oxşar bir iş üçün
danışaq.

Elvin Şərifova yaz