İstehsalat müəssisəsi üçün tam avtomatlaşdırılmış idarəetmə sistemi
İstehsalat axını — anbar, planlama, satınalma, məhsul yığma, satış — parçalı taxtalarda idarə olunurdu. Sifariş daxil olandan məhsul çatana qədər ərazidə manual addım qalmayacaq formada bütün axını avtomatlaşdırdıq.
- Çoxmərhələli
- Elvin Şərifov + backend/əməliyyat analitik
- Sistem dizaynı · Mühəndislik · Biznes proses
- Canlı
Başlanğıc nöqtəsi
İstehsalat müəssisəsinin axını parçalı idarə olunurdu: bir tərəfdə xammal anbarı Excel-də, başqa tərəfdə istehsal planı kağız üzərində, üçüncü tərəfdə hazır məhsul anbarı ayrı sistemdə. Sifariş gələndən məhsul çatana qədər on-larla manual transfer addımı vardı — hər biri xəta riski.
Tələb açıq idi: sifariş daxil olandan məhsul çatana qədər bütün axın bir sistemdə, manual müdaxilə minimuma.
Qərarlar
- Sifariş → planlama → istehsal → çatdırma — bir state machine. Hər addımın trigger-i avtomatik.
- Xammal anbarı və hazır məhsul anbarı eyni sistemdə — biri digərini “yedirir”. Stok aşağı düşdükdə satınalma sifarişi avtomatik açılır.
- İstehsal planı capacity-yə görə qurulur — sistem yeni sifarişi qəbul etməzdən əvvəl boş slot olub-olmadığını yoxlayır.
- Real-time dashboard — direktorun masasında nə istehsal olunur, nə gözləyir, nə gecikir görünür.
İcra
Stack: Laravel + Postgres, queue-based background jobs (planlama, stok yenilənməsi). Frontend Vue.js, mobil tətbiq əməkdaşlar üçün (anbar girişi, məhsul check-in). Barcode scanner inteqrasiyası anbara giriş-çıxış üçün.
“Avtomatlaşdırma sehr deyil — sadəcə hər manual addımı sistem-trigger-inə çevirmək. Çətin hissə insanların yeni axına alışmasıdır.”
Nəticə
- Sifariş → çatdırma vahid axında — manual transfer addımı silindi.
- Real-time dashboard — direktor sistemə baxır, telefonla soruşmur.
- Stok aşağı düşəndə satınalma sifarişi avtomatik açılır — gecikmə azaldı.
- Mobil tətbiq anbar əməkdaşları üçün — kağız üzərində giriş-çıxış silindi.