Ərazidə işləyən əməkdaşlar üçün vahid inteqrasiya sistemi
Çöl əməkdaşlarının iş axını parçalı sistemlərdə — hesabat, lokasiya, tapşırıq manual idarə olunurdu. Bütün bələdiyyə fəaliyyətini bir platformaya bağlayan inteqrasiya layihəsi qurduq.
- Çoxmərhələli
- Elvin Şərifov + dövlət inteqrasiya komandası
- Sistem dizaynı · Mühəndislik · Mobil tətbiq
- Canlı
Başlanğıc nöqtəsi
Bələdiyyə fəaliyyəti ərazi üzərindəki konkret işlərdən ibarətdir: təmizlik, abadlıq, qeydiyyat, sosial yardım, müraciət cavabı. Bu işlərin əməkdaşları gün boyu fiziki olaraq ərazidə hərəkət edir, hesabatı isə hər gecə manual yazılırdı. Görüş və ya tapşırıq dəyişiklikləri WhatsApp və ya zəng üzərindən.
İdarə baxımından nəticə: kimin nə etdiyi həqiqi vaxtda görünmür, hesabatlar bir gün gecikir, dəyişikliklər izlənilmir.
Qərarlar
- Vahid platforma + mobil tətbiq — əməkdaş ərazidə işləyərkən sistemə birbaşa giriş edir, kağız üzərində yazmır.
- Tapşırıq yaratma və izləmə — idarə yeni tapşırığı sistemə salır, əməkdaş bildirim alır.
- Lokasiya və status — əməkdaş hansı ərazidə işləyir, tapşırıq nə vaxt başlanıb, nə vaxt bitir — sistemdə görünür.
- Müraciət axını inteqrasiyası — vətəndaş müraciəti birbaşa məsul əməkdaşa təyin olunur.
İcra
Stack: Laravel backend, Vue.js admin panel, React Native əməkdaş tətbiqi. Lokasiya tracking GPS üzərindən (yalnız iş saatlarında, məxfiliyə uyğun). Bildirim sistemi push + SMS.
“Dövlət sektorunda ən vacib şey istifadəçi qəbuludur. Mobil tətbiq sadə olmalıdır — əməkdaşın kağız əvəzinə telefondan istifadə etməyi yeni davranışdır, biz onu çətinləşdirməməliyik.”
Nəticə
- Bütün ərazi əməkdaşları vahid sistemdə işləyir — parçalı kanallar əvəzinə bir axın.
- İdarə hesabatı real-time görür — gecikmə silindi.
- Vətəndaş müraciəti birbaşa məsul əməkdaşa təyin olunur — cavab müddəti azaldı.
- Mobil tətbiq əməkdaşlar tərəfindən qəbul olundu — kağız hesabat geriləndi.