Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW014

İndiaTürk · Mədəniyyət-biznes körpüsü · Veb

İndiaTürk — Hindistan-Türkiyə ticarət və mədəniyyət platforması

İki ölkə arasında biznes əlaqələri, mədəniyyət xəbərləri və event kataloqu üçün çoxdilli platforma. Redaksiya iş axını və event qeydiyyatı bir sistemdə.

Müddət
Çoxmərhələli
Komanda
Elvin Şərifov + içerik komandası
Xidmətlər
Veb sayt
Status
Canlı
Çoxdilli Məzmun
Event Qeydiyyat
Redaksiya Workflow
İki ölkə Auditoriya

Başlanğıc nöqtəsi

İndiaTürk Hindistan-Türkiyə (və genişlənmiş halda regional) iş və mədəniyyət əlaqələrini izah edən platformadır. Köhnə blog şablonu redaktorların artan tələbinə dözmürdü: hər məqalə üç dildə dərc olunmalı, eyni zamanda event kataloqu da yenilənməli idi.

Sahə həssasdır — siyasi neytrallıq, mənbə göstərmə, transliterasiya. Texniki sistem redaksiya intizamına dəstək olmalıdır.

Qərarlar

  1. CMS-i məzmun strukturasına uyğunlaşdırdıq — məqalə tipi, müsahibə tipi, event tipi ayrı şəxsi field-lərə malikdir.
  2. Çoxdilli versiyaların sinxronu — məqalənin əsl versiyası baza, tərcümələr ondan götürülür; tərcümə tamamlanmadan dərc olunmur.
  3. Event qeydiyyatı sayt daxilində — xarici Eventbrite və ya başqa platformadan asılı qalmadıq.
  4. Yüngül stack — server bahalı olmamalıdır, icma ölçüsünə uyğun.

İcra

Stack: Laravel + Postgres, redaksiya paneli Filament üzərində. Event qeydiyyatı sadə form + email təsdiqi. Performans üçün məqalə səhifələri statik şəkildə render olunur, dynamic yalnız komment və event slot-larıdır.

“Çoxdilli kontent başlanğıcda asan görünür, sonra strukturayla problem çıxır. Bizim qaydamız: dilin texniki realitəsini redaksiya formasına salmaq, yox onu redaktora yükləmək.”

Nəticə

  • Redaktor üç dildə paralel dərc edir, sistem sinxron saxlayır.
  • Event qeydiyyatı sayt daxilində — xarici asılılıq silindi.
  • Performans yüksək, server xərci aşağıdır.

Buna oxşar bir iş üçün
danışaq.

Elvin Şərifova yaz