Kale — çoxdilli korporativ sayt: məhsul, xəbər, karyera
Korporativ brend üçün yenilənmiş veb məhsul. Şirkət haqqında məlumat, məhsul/xidmət, xəbər və karyera bölmələri. Çoxdilli interfeys.
- Qısa sprint
- Elvin Şərifov + frontend kontraktoru
- Veb sayt
- Canlı
Başlanğıc nöqtəsi
Kale brendinin köhnə saytı statik HTML üzərində qurulmuşdu — hər dəyişiklik üçün marketinq komandası texniki adamı gözləməli idi. Çoxdilli versiyalar manual saxlanılırdı, karyera elanları PDF kimi qoyulurdu. Sayt korporativ məzmunu daşımırdı, sadəcə vizit kartı idi.
Bizdən gözlənilirdi: marketinq komandasının özünün yenilədiyi, dilləri sinxron tutan, karyera elanları üçün form ilə birgə işləyən bir sayt.
Qərarlar
- CMS üzərində dinamik məzmun — marketinq texniki adam gözləmir.
- Çoxdilli versiya sinxronlaşma — bir dildə yenilik digər dilləri də işarələnmiş halda qoyur.
- Karyera tək yerdə — vakansiya elanı, form, CV yükləmə hamısı sayt daxilində.
- Performans və erişilebilirlik — korporativ saytın görünüşü heç bir audit-də zəif görünməməlidir.
İcra
Stack: Laravel + Filament admin, frontend server-rendered Blade + Alpine, çoxdilli rotalar. Karyera CV yükləmə güvənli storage-ə. Performans üçün sayt çoxlu yerlərdə statik render olunur.
“Korporativ sayt hesabatda yox, gündəlik istifadədə qiymətləndirilir. Texniki tərəfin işi marketinqi sürətləndirməkdir.”
Nəticə
- Marketinq komandası özü dəyişikliyi paneldən edir.
- Karyera bölməsi vakansiya yerləşdirilmə kanalı oldu — daha çox sorğu, sadə proses.
- Performans və erişilebilirlik auditləri keçildi.