Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW020

JerseyShop · İdman geyimi · E-ticarət

JerseyShop — fərdiləşdirilə bilən idman köynəkləri üçün e-mağaza

Futbol və idman komandalarının köynəklərinin satışı üçün e-mağaza. Ad/nömrə çapı fərdiləşdirməsi, kateqoriya, səbət və ödəniş bir axında.

Müddət
Qısa sprint
Komanda
Elvin Şərifov + frontend
Xidmətlər
Veb sayt · Məhsul dizaynı
Status
Canlı
Fərdi Çap
Səbət Vahid
Ödəniş Onlayn
Komanda Kataloq

Başlanğıc nöqtəsi

İdman köynəklərinin satışı standart e-mağazaya bənzəmir: müştəri çox vaxt öz adını və nömrəsini istəyir. Köhnə platforma bu fərdiləşdirməni sifariş notunda qeyd edirdi — operator manual yoxlamaq məcburiyyətindəydi, səhv etmək asan idi.

Tələb: fərdi çapı sifariş axınına struktur şəklində salmaq, operator addımını silmək.

Qərarlar

  1. Fərdiləşdirmə məhsul səhifəsində — ad, nömrə, ölçü, rəng. Hər sahənin validation-u var.
  2. Önizləmə dərhal — köynəyin canlı önizləməsi seçimlərə görə dəyişir.
  3. Çap əlavə xərci sistemə daxildir — manual qiymət dəyişdirmə yox.
  4. Səbət vahid axın — fərdi və standart məhsullar bir səbətdə.

İcra

Stack: Laravel backend, frontend Vue.js, önizləmə SVG üzərində dinamik render. Ödəniş yerli gateway. Sifariş çap operatoruna structured JSON kimi düşür.

“Fərdiləşdirmə işlərində ən böyük səhv operatoru sifariş notunun mətnindən asılı qoymaqdır. Hər sahə struktur olmalıdır.”

Nəticə

  • Çap əmrlərində səhv azaldı — sahələr struktura düşdü.
  • Müştəri önizləmə görür, sifariş etibarı artır.
  • Operator manuallıqdan azad oldu — sifariş axın-ı tək kanalda.

Buna oxşar bir iş üçün
danışaq.

Elvin Şərifova yaz