Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW022

Allearn · E-təhsil · Veb + Mobil + Brend

Allearn — onlayn təhsil platforması: kurs, video, sertifikat

Onlayn təhsil platforması üçün tam paket: kurs strukturu, dərs video axını, qiymətləndirmə və sertifikatlaşdırma. Veb + native mobil tətbiq + brend.

Müddət
Çoxmərhələli
Komanda
Elvin Şərifov + product/dev/mobil
Xidmətlər
Veb sayt · Mobil tətbiq · Brend
Status
Canlı
Kurs Strukturu
Video Stream
Sertifikat Avtomatik
Veb+mobil Sinxron

Başlanğıc nöqtəsi

Onlayn təhsil platformaları çoxdur, lakin əksəriyyəti video plus PDF üzərində qurulub. Allearn-in tələbi başqa idi: dərs çoxhissəli — video + müsahibə + qiymətləndirmə + sertifikat. Tələbə proqresi istifadə dövründə izlənir, mobil və veb arasında sinxronlaşır.

Mobil eyni qədər vacibdir — tələbə dərsi yolda izləyir, masa arxasında yox.

Qərarlar

  1. Kurs hierarxiyası açıqdır — kurs → modul → dərs → qiymətləndirmə. Hər birinin öz statusu.
  2. Video stream optimallaşdırılıb — adaptive bitrate, mobil zəif şəbəkədə işləyir.
  3. Qiymətləndirmə struktural — quiz, açıq sual, peer review. Hər birinin öz scoring-i.
  4. Sertifikat avtomatik — kurs tamamlandıqda PDF yaranır, profilə əlavə olunur.

İcra

Stack: Laravel backend, Vue.js veb, React Native mobil. Video xidməti üçüncü tərəf CDN üzərində. Sertifikat PDF generasiya queue-də. Proqres veb və mobil arasında real-time sinxron.

“Təhsil platformasında ən gözlənilməz UX çətinliyi videonun yarısında qoyub gedən tələbənin geri qayıdışıdır. Proqresi həqiqətən saxlamaq lazımdır.”

Nəticə

  • Tələbə veb və mobil arasında sərbəst keçir — proqres qorunur.
  • Qiymətləndirmə strukturalı — feedback müəllimə sistematik gedir.
  • Sertifikat avtomatik — manual addım yox.

Buna oxşar bir iş üçün
danışaq.

Elvin Şərifova yaz