Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW023

Cartech · Avtomobil texnologiyaları · Veb

Cartech — avtomobil servisi və ehtiyat hissə marketplace-i

Avtomobil texnologiyaları sahəsində məhsul və servis kataloqu üçün veb məhsul. Diaqnostika məhsulları, ehtiyat hissə, servis nöqtələri.

Müddət
Çoxmərhələli
Komanda
Elvin Şərifov + frontend kontraktoru
Xidmətlər
Veb sayt
Status
Canlı
Məhsul Kataloq
Servis Tap
Diaqnostika Bölmə
Filtr Marka

Başlanğıc nöqtəsi

Avtomobil ehtiyat hissələri və diaqnostika məhsullarının kataloqu spesifik filtrlər tələb edir: marka, model, il, mühərrik tipi. Köhnə sayt sadə kateqoriyalar üzərində işləyirdi — istifadəçi öz avtomobilinə uyğun hissəni tapmaqda çətinlik çəkirdi.

Bizdən gözlənilən: kataloqu real istifadə nümunəsinə uyğun şəkildə filtrlənə bilən etmək, servis nöqtələri xəritəsini əlavə etmək.

Qərarlar

  1. Avtomobil seçimi əsas filtr — istifadəçi öz markasını seçəndə kataloq yalnız uyğun məhsulları göstərir.
  2. Servis nöqtəsi xəritəsi sadə — Google Maps yerinə öz çəkilmiş xəritə + siyahı.
  3. Diaqnostika məhsulu üçün ayrı bölmə — texniki məlumatlar struktural saxlanılır.
  4. Sifariş kanalı sadə — onlayn ödəniş istəyə uyğun, çağırış əsas kanal qalır.

İcra

Stack: Laravel + Postgres, filtr query Postgres üzərində full-text və hierarchy join. Frontend server-rendered Blade. Xəritə SVG kimi sayta hopdurulub.

“Avtomobil kataloqunda ən qiymətli ölçü vaxtdır — istifadəçi 30 saniyədə hissəni tapmalıdır, yoxsa rəqibə keçir.”

Nəticə

  • Marka-əsaslı filtr istifadəçinin tapma vaxtını qısaltdı.
  • Servis nöqtəsi axtarışı sayt daxilində — xarici asılılıq silindi.
  • Diaqnostika bölməsi B2B müştəriyə struktural sənəd verir.

Buna oxşar bir iş üçün
danışaq.

Elvin Şərifova yaz