Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW024

Billcoin · Fintex · Veb + Brend

Billcoin — fintex marketinq saytı və brend identity

Fintex layihəsi üçün marketinq saytı, brend identity sistemi və dashboard prezentasiyası. Etibar və aydınlıq əsas dizayn prinsipidir.

Müddət
Çoxmərhələli
Komanda
Elvin Şərifov
Xidmətlər
Veb sayt · Brend
Status
Canlı
Brend Identity
Marketinq Sayt
Dashboard Prezentasiya
Etibar Dizayn

Başlanğıc nöqtəsi

Fintex sahəsində ən böyük marketinq problemi etibardır. İstifadəçi pulu ilə bağlı yeni platformaya inanmaq üçün dəlil axtarır. Köhnə sayt parlaq, “innovativ”, lakin konkret heç nə demirdi.

Bizdən gözlənilirdi: brendi sadələşdirmək, marketinq saytında dəlilə əsaslanan strukturalı məzmun qurmaq, dashboard görünüşləri ilə real funksionallığı göstərmək.

Qərarlar

  1. Brend palet iki rəng + bir aksent — bahalı görünmür, etibarlı görünür.
  2. Marketinq saytı struktural — kim üçün, nə edir, necə işləyir, kim arxasındadır.
  3. Dashboard prezentasiyası real ekranlar — illüstrasiya yox, mövcud məhsulun screenshot-u.
  4. Sertifikatlar və lisenziyalar açıq — sayt altında deyil, ön planda.

İcra

Stack: Next.js + statik render, brend assets sistemli kataloqda. Dashboard ekranları real məhsuldan götürülüb, blur olmadan.

“Fintex marketinq saytında dizaynın işi sübutu görünməz etmək yox, əksinə onu birinci ekrana qoymaqdır.”

Nəticə

  • Brend dili strukturalı — marketinq və məhsul tərəfləri arasında uyğunluq.
  • Marketinq saytı dəlilə əsaslanan struktur ilə — auditoriyanın sualları öncədən cavablanır.
  • Dashboard görünüşləri ictimai sübut.

Buna oxşar bir iş üçün
danışaq.

Elvin Şərifova yaz