Ağa Electronics — müştəri tətbiqi: kataloq, sifariş, çatdırılma izi
Elektronik mağaza şəbəkəsi üçün müştəri tətbiqi. Məhsul kataloqu, axtarış, sifariş, çatdırılma izi və “mağaza tap” funksiyası.
- Çoxmərhələli
- Elvin Şərifov + mobil komanda
- Mobil tətbiq
- Canlı
Başlanğıc nöqtəsi
Ağa Electronics tanınmış mağaza şəbəkəsidir — fiziki mağazalar geniş, kataloq böyükdür. Müştəri əvvəllər saytdan baxırdı, sonra mağazaya gəlirdi. Mobil bu axını sürətləndirə bilərdi — kataloq cibdə, sifariş tək toxunuşla.
Tələb: native tətbiq, mövcud mağaza şəbəkəsinə inteqrasiya, çatdırılma və mağaza-götür variantı.
Qərarlar
- Native iOS + Android — kataloq performansı və UX hybrid həlldə uyğun deyil.
- Sifariş iki variant — evə çatdırılma və ya mağazada götür. Hər ikisi tək axında.
- Çatdırılma izi statuslu — push notification hər addımda.
- Mağaza tap xəritə + siyahı — istifadəçi öz lokasiyasına yaxın mağazanı görür.
İcra
Stack: React Native iOS + Android, backend Laravel, mağaza inventarı mövcud ERP-ə sinxronlaşır. Push notification çatdırılma status xidməti üzərində. Xəritə komponent yerli optimizasiya ilə.
“Pərakəndə tətbiqində məhsulu tapmaqdan çıxış ödənişə qədər keçən saniyələri saymaq lazımdır. Hər ekstra ekran sifariş itirir.”
Nəticə
- Müştəri kataloqu cibdə daşıyır — sifariş kanalı genişləndi.
- Çatdırılma izi push notification ilə — “sifariş hardadır” sualları azaldı.
- Mağaza-götür variantı offline-onlayn körpüsü yaratdı.