Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW029

VH Servis · B2B xidmət · Dizayn

VH Servis — B2B xidmət şirkəti üçün brend identity və marketinq materialları

Texniki servis sahəsində B2B şirkəti üçün brend identity, vizit kartı, prezentasiya şablonu və marketinq materialları.

Müddət
Qısa sprint
Komanda
Elvin Şərifov
Xidmətlər
Brend · Marketinq materialları
Status
Çatdırıldı
Identity Sistem
Prezentasiya Şablon
Vizit Kart
B2B Ton

Başlanğıc nöqtəsi

VH Servis texniki sahədə işləyən B2B şirkətidir — müştəriləri istehsalçılar, böyük müəssisələr. Brend dilləri kommersiya yox, ciddi olmalıdır. Köhnə materiallar başqa sahənin parlaq dilini istifadə edirdi, bu auditoriya üçün uyğun deyildi.

Bizdən gözlənilirdi: brendi ciddi və texniki tona köçürmək, prezentasiya və satış materiallarını struktural şəkildə hazırlamaq.

Qərarlar

  1. Palet neytral + bir texniki rəng — fokus məzmundadır, brendin özü yox.
  2. Tipoqrafiya geometrik sans — texniki sahə üçün uyğun, oxunaqlı.
  3. Prezentasiya şablonu strukturalı — gündəm, müştəri konteksti, həll, qiymət, növbəti addım.
  4. Vizit kartı yığcam — yalnız əlaqə, brand kart kimi qalır.

İcra

Çatdırılma: brend bələdçi, prezentasiya şablonu PowerPoint və Keynote, vizit kartı çap formatı, broşura sistemi.

“B2B sahəsində brend görünüşü etibarın bir növüdür. Çox parlaq olduqda kommersiya görünür, çox sakit olduqda etibarsız. Tarazlıq lazımdır.”

Nəticə

  • Brend dili sahənin tonuyla uyğunlaşdı.
  • Satış komandası prezentasiyaları struktural saxlayır.
  • Müştəri ilk görüşdə vizit kartı və broşura ilə qarşılaşır — ilk təəssürat sistematikdir.

Buna oxşar bir iş üçün
danışaq.

Elvin Şərifova yaz