Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW038

Ecohome · Tikinti və yaşayış · 2026

Ecohome — bir yaşayış kompleksi, bir əməliyyat standartı

Premium yaşayış kompleksinin satış mərhələsi başlamazdan əvvəl həm sakin təcrübəsi, həm də operatorun günlük işi üçün tam infrastruktur tələb olunurdu. Saytdan ERP-yə, firewall serverdən biometrik girişə qədər hər şeyi bir-birinə bağlı şəkildə qurduq.

Müddət
Çoxmərhələli
Komanda
Elvin Şərifov + Bəhram İbadov (infrastruktur)
Xidmətlər
Veb sayt · ERP · Firewall server · Data server · SMM · Biometrik giriş · Şəbəkə
Status
Canlı

Başlanğıc nöqtəsi

Premium yaşayış kompleksi üçün “sayt” və “sistem” adətən iki ayrı söhbət olur — birini marketinq, digərini administrasiya komandası idarə edir. Ecohome bunu birləşdirməyi seçdi: ictimaiyyətə açıq sayt potensial alıcıya nə vəd edirsə, daxili sistem də sakinə eyni səviyyədə xidmət göstərməlidir.

Tələb tək bir interfeys deyildi; gündəlik əməliyyatın hər tərəfi üçün uyğun komponent lazım idi: müştəri-üzlü sayt, ERP, firewall və data server, biometrik giriş, bina daxili şəbəkə və SMM axını. Müxtəlif satıcılardan tikilmiş “kolaj” yox, bir-biri ilə danışan vahid sistem.

Verilən qərarlar

  1. Sakin təcrübəsini sistem baxımından dizayn etdik — sakinin giriş kartından şikayət formuna qədər hər addım eyni ERP modulu altında qeyd olunur. Daxili komanda sakinin tam mənzərəsini bir ekranda görür.
  2. Firewall və data serveri Bəhram lokal olaraq qurdu — kompleksin kritik datası kompleks daxilində saxlanılır, kənar bulud asılılığı minimumdadır. Yedəkləmə və monitorinq ayrıca xəttdə işləyir.
  3. Biometrik girişi ERP-yə bağladıq — barmaq izi yalnız qapı açmaq üçün deyil, sakin və ya işçi statusunun fəal qeydidir. Aktiv olmayan istifadəçi avtomatik olaraq sistemdən kəsilir.
  4. SMM tonu sakinin gündəliyini izləyir — kampaniya başlığı satış yox, məkanın gündəlik həyatıdır; bu, premium auditoriyaya daha uyğundur.

İcra

İlk faza data server otağı və şəbəkə kabel xəttinin tikinti ilə paralel çəkilməsi idi — bu, sonradan yenidən qazma ehtiyacını aradan qaldırdı. Sayt və ERP modulları iki həftəlik sprintlərlə artırıldı; hər sprintdə kompleks komandası ilə birgə audit edirdik.

“Premium komplekslərdə xərc deyil, ardıcıllıq pozur. Hər toxunuş eyni standartda olmalıdır — biometrik açılışdan SMM postunun fotosuna qədər.”
— Elvin Şərifov

Nəticə

  • Vahid sakin profili — biometrik giriş, ödəniş və şikayət eyni qeyddə birləşdi.
  • Lokal data, lokal nəzarət — firewall və data server kompleks içində, kənar asılılıq minimal.
  • Sayt və SMM — eyni vizual tonda, satış kanalı kimi yox, məkan kimi danışan.
  • Operasiya hesabatları — administrasiya komandası gündəlik hesabatları ERP-dən çıxarır; manual tablolar ləğv olundu.

Buna oxşar bir iş üçün
danışaq.

Qaynaq komandasına yaz