Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW043

Stellar.az · Xidmət · 2026

Stellar.az — sıxılmış redizayn və SEO ilə Top 10 mövqe

Stellar.az köhnə saytdan miras qalan parçalı naviqasiya ilə işləyirdi. Saytı baştan-başa yenidən tikdik və Azərbaycan üzrə SEO ilə hədəf açar sözlərdə Top 10-a daxil etdik. Daha az səhifə, daha aydın struktur.

Müddət
8 həftə
Komanda
Elvin Şərifov + Bəhram İbadov (DevOps)
Xidmətlər
Veb sayt · SEO
Status
Canlı

Başlanğıc nöqtəsi

Stellar.az-ın əvvəlki sayt versiyası illər ərzində bir-birinin üstünə qoyulmuş alt-səhifələrlə dolu idi. Eyni xidmət üç fərqli yerdə təsvir olunurdu, naviqasiya istifadəçini dağıdırdı, hədəf açar sözlər heç bir səhifəyə tam bağlı deyildi. Texniki SEO baxımından Google üçün vacib siqnallar (canonical, meta, daxili link tərkibi) ya yox idi, ya da bir-biri ilə ziddiyyət təşkil edirdi.

Tələb birbaşa idi: daha az səhifə, hər səhifə üçün bir aydın niyyət və hədəf açar söz, və Azərbaycan üzrə Top 10 mövqe.

Verilən qərarlar

  1. Saytı içəridən kiçiltdik — köhnə altı kateqoriyanı dörd ana xidmət səhifəsinə qatladıq. Hər səhifənin bir niyyəti və bir aydın hədəfi var.
  2. SEO-nu məzmunla birgə yazdıq — başlıq, meta, daxili link və mətn eyni redaksiya prosesində formalaşdırıldı; sonradan əlavə edilən “SEO təbəqəsi” yox.
  3. Texniki bazanı təmizlədik — canonical, sitemap, structured data, page speed — heç biri köhnə saytdan miras alınmadı, hamısı yenidən tikildi.
  4. Daxili linkləri brend hekayəsi ilə uzlaşdırdıq — istifadəçi səhifədən səhifəyə təbii yolla keçir; hər link növbəti addımı təklif edir.

İcra

İlk dörd həftə struktur və məzmun üzərində getdi: hansı səhifə qalır, hansı silinir, hansı birləşdirilir. Növbəti dörd həftədə yeni versiya canlıya çıxarıldı və SEO siqnalları izləməyə başladıq. Bəhram fon tərəfdə hosting, redirect xəritəsi və domain keçidini idarə etdi — köhnə URL-lər yeni səhifələrə təmiz yönləndirildi, mövqe itkisi minimal saxlandı.

“SEO-da ən tez-tez itkiyə səbəb olan şey miqyas deyil — köhnə səhifələrin yeni saytda harada qaldığını bilməməkdir.”
— Elvin Şərifov

Nəticə

  • Hədəf açar sözlər üzrə Top 10 — Azərbaycan üzrə əsas sorğularda ardıcıl mövqe.
  • Daha az səhifə, daha çox aydınlıq — istifadəçi axını sadələşdi, bounce əhəmiyyətli dərəcədə azaldı.
  • Texniki SEO təmiz bazadan — köhnə miras siqnallar tamamilə təmizləndi.
  • Yönləndirmə şəbəkəsi — köhnə URL-lərin trafiki yeni səhifələrə təhlükəsiz şəkildə keçirildi.

Buna oxşar bir iş üçün
danışaq.

Qaynaq komandasına yaz