Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW044

Turanreklam.az · Reklam · 2026

Turanreklam.az — açıq hava reklamı sektoru üçün sorğu axını saytı

Açıq hava reklam agentliyi üçün portfeli və xidmət strukturunu birgə yenidən tikdik, yerli SEO ilə sorğu axınını formalaşdırdıq. Sayt artıq broşür deyil, müştəri sorğusunun başladığı yerdir.

Müddət
6 həftə
Komanda
Elvin Şərifov + Bəhram İbadov (DevOps)
Xidmətlər
Veb sayt · SEO
Status
Canlı

Başlanğıc nöqtəsi

Açıq hava reklamında qərar adətən fotoya görə alınır — billboard yerləşməsi, format, görünüş zonası. Köhnə sayt isə bunun əksini edirdi: çoxlu mətn, az foto, müştəri üçün lokasiyanı görmək çətin idi. Yerli SEO baxımından isə sayt heç bir konkret sorğuya tam cavab vermirdi.

Brifimiz aydın idi: agentliyin əsl iş portfelini önə çıxaran, müştəri sorğusunu tək bir formdan başladan və yerli SEO mövqeyini bərpa edən sayt.

Verilən qərarlar

  1. Portfeli mərkəzi etdik — əsas səhifə artıq mətn deyil, real layihə nümunələrinin sıralanmasıdır. Hər nümunənin lokasiyası, formatı və hədəfi var.
  2. Xidməti format üzrə böldük — billboard, citylight, branding və s. ayrı səhifələrdə tam izah edildi; hər səhifənin öz SEO niyyəti var.
  3. Sorğu formunu sadələşdirdik — bir mərhələdə format, müddət və büdcə diapazonu seçilir; konkret təklif əməkdaşa düşür.
  4. Yerli SEO-nu coğrafiyaya bağladıq — Bakı və regionlar üzrə yerləşmə sözləri ayrıca səhifələrdə dəstəkləndi.

İcra

İlk iki həftədə portfel materialları (foto, format, ölçü, lokasiya) toplandı və qaydaya salındı. Sonrakı dörd həftə sayt strukturu, məzmun və SEO bazasının üzərində getdi. Bəhram hosting və domain miqrasiyasını, performans optimizasiyasını və köhnə URL yönləndirmələrini idarə etdi.

“Reklam agentliyinin saytı broşür deyil — orada işin özü görsənməlidir. Söz yox, foto və lokasiya.”
— Elvin Şərifov

Nəticə

  • Sorğu axını — formdan gələn müraciətlər brendin əsl xidmət növlərinə uyğun gəlir.
  • Yerli SEO bərpası — Bakı və regionlar üzrə əsas sorğularda mövqe sabitləşdi.
  • Portfel önə çıxdı — real layihələr saytın ön plandadır, broşür məntiqi aradan qaldırıldı.
  • Performans — hosting və şəkil pipeline-ı yığcamlaşdırıldı, mobil yükləmə sürəti əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Buna oxşar bir iş üçün
danışaq.

Qaynaq komandasına yaz