Qaynaq STUDIO ’26 / BAKU
İşlər FW061

Azerbaijan Business Case Competition · Təhsil · Tələbə müsabiqəsi · 2023

Azerbaijan Business Case Competition 2023 — beynəlxalq tələbə müsabiqəsi üçün vizual sistem

Azərbaycanda təhsil alan beynəlxalq tələbələr üçün biznes case yarışması. Vizual sistem, müraciət plakatları, sosial media seriyası və mükafat fondu cədvəlləri.

Müddət
Tədbir sprinti
Komanda
Elvin Şərifov + Dinar Ömərov (dizayn)
Xidmətlər
Tədbir dizaynı · Plakat · SMM · Vizual sistem
Status
Çatdırıldı

Başlanğıc nöqtəsi

Azerbaijan Business Case Competition 2023 — Azərbaycanda təhsil alan beynəlxalq tələbələr üçün biznes case yarışmasıdır. Müsabiqə formatı dörd dəyişənli idi: müraciət son tarixi, təlim sessiyaları, komanda görüşləri, yarımfinal və final. Hər mərhələ ayrı tarixlərdə baş tutur. Müsabiqə sponsorlarının diqqətini cəlb etmək və əhəmiyyətli tələbə bazasına çatmaq üçün vahid vizual sistem lazım idi.

Verilən qərarlar

Qara-yaşıl-bej palitra — qaranlıq akademik ton, lakin oxunaqlı. Mərkəzdə yarışma adı + tarixlər çərçivəsi; aşağıda tələbə eligibility blokları. Eyni sistemdə Instagram post, Facebook event banner və A4 plakat versiyaları paralel istehsal edildi. Mükafat fondu (8000 / 4000 / 2000 manat) açıq nömrə formatında, oxunaqlı hierarxiyada düzəldildi.

İcra

Dinar bir nüvə kompozisiya hazırladı və oradan üç hədəf formatı (sosial post, A4 plakat, event banner) çıxardı. Mövzu fotoları stockdan deyil, eyni rəng tonunda redaktə olunmuş üzlər üzərindən gəldi — bu, brendin daxili tonu ilə uyğunluğu qoruyur.

"Tələbə müsabiqəsi mövsüm məhsuludur. Sistem yenidən istifadə üçün açıq qalmalı, yoxsa hər il sıfırdan başlamalısan."
— Dinar Ömərov

Nəticə

Müsabiqə müraciət son tarixinə qədər ardıcıl trafik gətirdi; mükafat strukturu və zaman cədvəli ilk baxışda oxunaqlı qaldı. Sistem 2024 və 2025 keçidləri üçün istifadəyə açıqdır.

Buna oxşar bir iş üçün
danışaq.

Qaynaq komandasına yaz