ERP sistemi qurulması — biznes proseslərini tək platformaya bağlamaq
Nə alırsınız
-
Tələb sənədi və proses xəritəsi
Sizin biznes prosesləri (anbar, satış, maliyyə, HR) intervyularla yığılıb sənədə salınır. Bu addım atılmadan ERP qurmaq körpü tikmədən üzmək kimidir.
-
Modullu ERP sistemi (Postgres + Node/TypeScript)
Bizim öz modullu məhsul bazası var, ya sıfırdan, ya da bu bazada quraşdırılır. Mühasibatlıq, anbar, satış, CRM, HR — sizə hansılar lazımdırsa. Biznes idarəetmə proqramı parça-parça yox, vahid platforma.
-
1C, kassa və bank inteqrasiyaları
Azərbaycan kontekstində kritik: 1C ilə sinxronizasiya (bir çox şirkət köçə bilmir, yan-yana işləyir), Kapital Bank / Pasha Bank API inteqrasiyası, kassa aparatları, e-faktura.
-
Mobil tətbiq və saytda işçi paneli
Anbar işçisi telefonda barcode oxuyur, satıcı planşetdə sifariş götürür, maliyyəçi veb-də hesabat çıxarır. Tək platforma, üç səth.
-
Komandaya təlim və 6 ay dəstək
Hər modul üçün 2 saatlıq video təlim sessiyası + sənəd. İlk 6 ayda bug fix, prosess ayarlamaları, yeni hesabat tələbləri daxildir.
Necə yanaşırıq
1. Proses kəşfi
İlk 2–3 həftə: hər departmentdə intervyu, mövcud iş axınları çəkilir, problem nöqtələri yığılır. ERP həll sizin prosesi əks etdirməlidir, yox ki, prosesi məcburən dəyişdirsin.
2. Skeleton search və ADR
Mövcud həllər (Odoo, ERPNext, 1C, SAP) və bizim modullu məhsul müqayisə olunur. Hər biri üçün uyğunluq matrisi yazılır. Qərar Architecture Decision Record kimi sənədə düşür.
3. Modul-by-modul qurulma
Bütün ERP-ni eyni anda atmaq risklidir. Biz əvvəl bir modul (adətən anbar və ya satış) canlıya alırıq, 2–3 həftə işlədilir, sonra növbəti. Hər modul TDD ilə yazılır.
4. Köhnə sistemdən köç
1C-dən və ya köhnə Access-Excel sistemindən data köçü ən risk yüklü mərhələdir. Biz parallel run aparırıq — 2–4 həftə hər iki sistem işləyir, dataların uyğunluğu yoxlanır, sonra köhnə bağlanır.
Bu xidmətdən nə vaxt yararlanmayın
- Şirkətdə 5–10 nəfər işləyir və əsasən Excel kifayət edir — ERP bu səviyyədə overkill, əvəzinə Notion + Stripe + sadə anbar tətbiqi.
- 1C tam yetərlidir və yalnız hesabat çətinliyi var — ERP yox, 1C üzərində reporting layeri qurulmalıdır.
- Liderlik dəyişikliyə hazır deyil və komanda "yeni sistem öyrənmək istəmir" deyir — texnoloji deyil, idarəetmə problemi var, ERP onu həll etmir.
- ERP sistemi cəmi 8 həftəyə tam qurulmalıdır — bu, real ERP üçün mümkün deyil, ən sadə implementasiya 4–6 ay.
Bu xidmətdən gələn işlər
-
Təhsil müəssisələri üçün tam ERP — akademikdən maliyyəyə
Şagird qəbulundan akademik nəticələrə, müəllim cədvəlindən maliyyə hesabatlarına qədər bütün axın bir sistemdə. Excel və parçalı taxtalar əvəzinə vahid platforma — valideyn portalı və ödəniş inteqrasiyası daxildir.
-
İstehsalat müəssisəsi üçün tam avtomatlaşdırılmış idarəetmə sistemi
İstehsalat axını — anbar, planlama, satınalma, məhsul yığma, satış — parçalı taxtalarda idarə olunurdu. Sifariş daxil olandan məhsul çatana qədər ərazidə manual addım qalmayacaq formada bütün axını avtomatlaşdırdıq.
-
Satış nöqtəsi və ERP üçün öz modullu məhsulumuz — 10+ canlı müştəri
Hər müştəri üçün sıfırdan ERP yazmaq qeyri-iqtisadi idi. Modullu, fərdiləşdirilə bilən öz POS / ERP məhsulu yaratdıq. Satış, anbar, mühasibatlıq, raportlama bir sistemdə. 10-larla müştəri üçün fərdiləşdirilərək canlıya çıxarıldı.
Tez-tez verilən suallar
ERP sistem qiyməti Azərbaycanda nə qədərdir?
Real ERP implementasiyası 45 000–250 000 AZN aralığındadır, modul sayı və inteqrasiyalardan asılı olaraq. SAP və ya Oracle kimi enterprise sistemləri minimum 500 000 AZN-dən başlayır. Bizim modullu yanaşmamız orta biznes üçün 60 000–120 000 AZN.
Erp azerbaycan kontekstində 1C ilə necə işləyir?
Çox şirkət 1C-ni mühasibatlıq üçün saxlamaq istəyir, yerdə qalan modulları yeni ERP-də qurur. Bizim yanaşmada ERP və 1C arasında sinxronizasiya layeri qurulur — satış sifarişi ERP-də açılır, mühasibatlıq sənədi 1C-də avtomat yaradılır.
Erp sistem bakı bazarında niyə tez-tez uğursuz olur?
Üç əsas səbəb: birinci, proses kəşfi atılır, sistem biznesə uyğunsuz olur. İkinci, hər şeyi eyni anda atmaq cəhd edilir. Üçüncü, komandaya təlim verilmir. Biz hər üçünü ayrıca həll edirik.
Biznes idarəetmə proqramı SaaS yoxsa self-hosted olmalıdır?
Asılıdır. Data həssasdırsa (maliyyə, müştəri data) və ya Azərbaycan qanunvericiliyi data residency tələb edirsə, self-hosted (öz serveriniz və ya ANS Hosting tipli lokal provider). Yox, SaaS daha sürətli və ucuzdur, Cloudflare / AWS-də host edilir.
Erp həll-i qurulduqdan sonra dəstək necə işləyir?
İlk 6 ay bizdə daxil: bug fix, prosess ayarlaması, yeni hesabat tələbləri. Sonrasında aylıq SLA paketi (1 800–4 500 AZN) və ya in-house komanda təlimi. Sistem sənədli olduğu üçün başqa komanda da davam edə bilər — vendor lock-in yoxdur.
Brend Phase 0-dır. Ondan sonra sayt, məhsul, məhsul dizaynı sıralanır. Birlikdə başlamağa hazırsınızsa, qısa təsvir göndərin.
salam@qaynaq.com