Qaynaq STUDIO ’26 / BAKU
S.08 · SEO

Google və Yandex axtarışında görünməyiniz üçün SEO işi — sayt qurulduqdan sonra başlayır

Müddət
1 ay + davamlı
01

Nə alırsınız

  1. 01

    Texniki SEO auditi (PDF, 20–40 səh)

    Hər tapıntı URL, sətir və mənbə ilə. Crawl xətaları, Core Web Vitals, dublikat metalar, hreflang, struktur problemlər. Sayt seo audit yalnız Lighthouse skoru deyil — biznes prioritetinə görə qruplaşmış tapıntılar.

  2. 02

    Açar söz xəritəsi — AZ + RU üzrə

    Google və Yandex axtarışında nə yazılır, sizin bazarda kimlər birinci 10-da. Hər səhifə üçün bir əsas və 3–5 yan açar söz, axtarış həcmi və rəqabət səviyyəsi ilə. Söz seçimi sektor.az tipli aqreqatorlardan deyil, həqiqi alıcı niyyətindən gəlir.

  3. 03

    On-page implementasiya

    Title, meta description, H1, structured data (Organization, Product, Article, FAQ), daxili keçidlər. Texniki tərəfdən tətbiq olunur — biz sənəd buraxıb getmirik, dəyişiklikləri commit edirik.

  4. 04

    Aylıq monitorinq və 4 səhifəlik hesabat

    GSC, Yandex Webmaster, Plausible inteqrasiyası. Hər ay: hansı sözdə neçə pillə qalxıb, hansı səhifə trafik gətirib, növbəti ay nə dəyişirik. Hesabat üç abzasda oxunur, 40 səhifəlik dashboard ekranı yox.

  5. 05

    Backlink və yerli sitatlar siyahısı

    Azərbaycan biznes kataloqları (sektor.az, business.az, biznesinfo.az), sahə bloqları, mətbuat. Spam direktoriyalar deyil — yerli avtoritet daşıyan mənbələr. Hər birinə ünvan və yanaşma qeyd olunur.

02

Necə yanaşırıq

1. Texniki audit

İlk həftə sayt seo audit aparılır: Playwright ilə crawl, Lighthouse, Screaming Frog, axe-core. Hər tapıntı mənbə sətri ilə yazılır.

2. Açar söz və rəqib araşdırması

İkinci həftə: AZ + RU üzrə açar sözlər ("seo bakı", "seo xidməti qiyməti" tipli ümumi yox, sizin sektorda alıcının yazdığı sözlər). Top 10 rəqibin hər səhifəsi qırılır.

3. On-page tətbiq

Üçüncü-dördüncü həftə: title, meta, structured data, daxili linkləmə. Lighthouse SEO 100 və Search Console-da indexsiz qalan səhifə sıfır olana qədər.

4. Aylıq idarəetmə

Sayt canlıdırsa, hər ay: pillə hərəkəti, yeni açar söz fürsətləri, içerik təklifləri. SEO bir dəfə görülüb bağlanan iş deyil — 6–12 ay düzgün izlənildikdə nəticə verir.

03

Bu xidmətdən nə vaxt yararlanmayın

  • Saytınız yenidir və hələ canlı deyil — əvvəlcə veb-sayt qurulmalı, SEO ondan sonra başlayır.
  • 1–2 ay içində birinci yerdə görünmək istəyirsiniz — Google-da çıxmaq 6+ ay tələb edir, daha sürətli vəd verən hər kəs ya Google Ads danışır, ya da yalan danışır.
  • Saytın əsas trafiki Instagram-dan gəlir və oradan davam etməlidir — SEO yox, SMM xidmətinə baxın.
  • Sektor.az tipli aqreqatorda yer almaqla kifayətlənirsiniz — bu, listing xidmətidir, SEO deyil.
05

Tez-tez verilən suallar

SEO xidməti qiyməti Azərbaycanda nə qədərdir?

Bakıda ciddi SEO ayda 800–2 500 AZN aralığındadır, ilkin audit isə 1 500–3 500 AZN. Aylıq 200 AZN-ə "tam SEO" təklifi ya bot link almaqdır, ya da heç nə etmir. Real iş üçün insan vaxtı, alət lisenziyaları və məzmun istehsalı var.

Google-da çıxmaq nə qədər vaxt aparır?

Yeni domen üçün açar söz çətinliyindən asılı olaraq 4–9 ay. Mövcud sayt seo audit-dən sonra ilk pillə hərəkəti 6–10 həftəyə görünür. Top 3-ə qalxmaq adətən 9–14 ay sürür və davamlı iş tələb edir.

SEO Azərbaycan üçün Yandex-ə də baxmaq lazımdır?

Bəli, xüsusilə RU dilli auditoriyanız varsa. Azərbaycanda Yandex axtarış payı təxminən 8–12% — kiçik deyil. Yandex Webmaster ayrıca quraşdırılır, structured data fərqli, yerli ünvan inteqrasiyası önəmlidir.

Sayt seo audit özüm edə bilərəmmi?

Lighthouse skorunu bəli, lakin biznes prioriteti və düzəlişlərin sıralanması fərqli işdir. Pulsuz alətlər tapıntını göstərir, niyə vacib olduğunu və hansını əvvəl etməyi göstərmir. Bizim auditdə hər tapıntı triage/foundation/strateji bölgüsündədir.

SEO bakı bazarında ən çox edilən səhv nədir?

Saytı qurmaq və SEO-nu "sonra" baxmaq. Bizim yanaşmada SEO sayt qurulduqdan sonra başlayır, lakin sayt qurularkən artıq SEO bünövrəsi atılır — düzgün URL strukturu, hreflang, structured data, performans büdcəsi. Sonradan düzəltmək 3× bahaya başa gəlir.

Brend Phase 0-dır. Ondan sonra sayt, məhsul, məhsul dizaynı sıralanır. Birlikdə başlamağa hazırsınızsa, qısa təsvir göndərin.

salam@qaynaq.com